Biz Kimik

Özəl Sənaye Məhəlləsi

Missiya ve Deyerlerimiz

Faydali Melumatlar

Business Park Abşeron

Biznes Park Abşeron Özəl Sənaye Məhəlləsi, Abşeron Logistika Mərkəzinin əsas layihələrindən biri olaraq, sahibkarlara müasir infrastruktur və yüksək standartlara uyğun iş mühiti təqdim edir. Layihəmiz, regionda bizneslərin inkişafı üçün geniş və əlverişli imkanlar yaradaraq, iqtisadiyyatın dayanıqlı inkişafına və müasir biznes ekosisteminin formalaşmasına mühüm töhfə verir.

Strateji mövqeyimiz Tarixi İpək Yolunun üzərində yerləşməyimizdir. Bu unikal mövqe, Biznes Park Abşeron Özəl Sənaye Məhəlləsini regional və beynəlxalq ticarət əlaqələri üçün vacib bir mərkəzə çevirir. Sian - Xorqos - Bakı marşrutunun son təyinat nöqtəsi kimi, Biznes Park beynəlxalq ticarət üçün əlverişli keçid nöqtəsi rolunu oynayır və rezidentlərə qlobal bazarlara çıxış imkanı təmin edir.

Biznes Park Abşeron Özəl Sənaye Məhəlləsi, rezidentlərinə bütün zəruri infrastruktur və xidmətləri bir arada təqdim edən innovativ bir mərkəzdir. Sənaye Məhəlləsinin ticarət və sənaye mərkəzlərinə yaxın yerləşməsi, Abşeron gömrük postu və dəmir yolu yük stansiyası kimi logistika imkanları, təchizat zəncirini daha səmərəli və sürətli edir.

Rezidentlərimiz burada sahələri icarəyə götürərək məhsullarını həm Azərbaycan bazarında satışa çıxara, həm də digər ölkələrə ixrac edə bilərlər. Bu, istehsal proseslərini genişləndirmək, xərcləri optimallaşdırmaq və bazar paylarını artırmaq üçün əlverişli şərait yaradır. Biznes Park Abşeron Özəl Sənaye Məhəlləsi, müasir infrastruktur, geniş logistika imkanları və effektiv iş mühiti ilə sahibkarlara yerli və beynəlxalq bazarlarda rəqabət üstünlüyü qazandırır.