Biz Kimik

Özəl Sənaye Məhəlləsi

Missiya ve Deyerlerimiz

Faydali Melumatlar

Özəl Sənaye Məhəlləsi

Özəl Sənaye Məhəlləsi nədir?

Biznes Park Abşeron Özəl Sənaye Məhəlləsi, Abşeron Logistika Mərkəzinin əsas layihələrindən biri olaraq, sahibkarlara müasir infrastruktur və yüksək standartlara uyğun iş mühiti təqdim edir. Layihəmiz, regionda bizneslərin inkişafı üçün geniş və əlverişli imkanlar yaradaraq, iqtisadiyyatın dayanıqlı inkişafına və müasir biznes ekosisteminin formalaşmasına mühüm töhfə verir.

Özəl Sənaye Məhəlləsinin üstünlükləri

  • Hazır infrastruktur: Elektrik, su, qaz, kanalizasiya, kommunikasiya xətləri və yol bağlantıları tam şəkildə təmin edilir.
  • Daha sürətli biznes qurulması: Müvafiq icazələr və rezidentlik prosedurları sadələşdirilir, sahibkarın vaxt itkisi minimuma endirilir.
  • Əlverişli yerləşmə: Logistika üstünlükləri, nəqliyyat strateji yol xətlərinə yaxınlıq və istehsal üçün rahat mühit.
  • Geniş sahə seçimləri: Müxtəlif ölçülü torpaq və istehsal sahələri – müəssisənin ölçüsünə uyğun çevik imkanlar.
  • Təhlükəsizlik və nəzarət: 24/7 mühafizə, giriş-çıxış nəzarəti, video-müşahidə və sənaye standartlarına uyğun təhlükəsizlik.
  • Xərclərə qənaət: Birgə istifadə olunan infrastruktur və xidmətlər sayəsində istehsal və əməliyyat xərcləri azalır.
  • Dövlət dəstəyinə çıxış: Sənaye sahələrinə təqdim olunan güzəştlər, investisiya təşviqi alətləri və digər dəstək mexanizmlərindən yararlanmaq imkanı.
  • İstehsal üçün optimal şərait: Anbarlar, xidmət sahələri və logistika dəstəyi ilə istehsal proseslərinin səmərəliliyinin artırılması.
  • Ekosistem üstünlüyü: Eyni məkanda müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyət göstərməsi sinerji yaradır.

Özəl Sənaye Məhəlləsinin üstünlükləri

  • İstehsal və emal sahələrinin inkişafını sürətləndirmək
  • Sənaye mühitini təhlükəsiz və əlçatan etmək
  • Sahibkarlara investisiya üçün əlverişli şərait yaratmaq
  • Yeni iş yerlərinin formalaşmasını dəstəkləmək
  • Ölkənin sənaye potensialını gücləndirmək