İnfastruktur

Baş Plan

Vergi ve Gomruk Guzestleri

Logistika Imkanlari

Logistika Imkanlari

Strateji yerləşmə

Abşeron Biznes Park, ölkənin əsas nəqliyyat arteriyalarına – dəmir yolu xətlərinə, magistral yollara və Bakı limanına yaxın yerləşməsi ilə yüklərin sürətli, təhlükəsiz və səmərəli şəkildə daşınmasını təmin edir. Ərazi seçimi logistika əməliyyatlarının optimallaşdırılmasına əhəmiyyətli üstünlüklər verir.

Dəmir yolu ilə yüklərin qəbulu

Parkın Abşeron Logistika Mərkəzi ilə birbaşa inteqrasiyası konteyner və vaqonla gələn yüklərin qısa zamanda qəbulu, çeşidlənməsi və təslim edilməsini mümkün edir. Bu sistem yüklərin hərəkətində fasiləsizlik yaradır və operativliyi maksimum dərəcədə artırır.

Gömrük prosedurlarına yaxınlıq

Abşeron Gömrük Postunun parkın dərhal yaxınlığında yerləşməsi idxal–ixrac əməliyyatlarının daha sürətli icrasına şərait yaradır. Gömrük sənədləşməsinin sadələşdirilməsi, vaxt itkisi və logistika xərclərinin minimuma endirilməsi bu üstünlüyün əsas nüvəsini təşkil edir.

Çoxşaxəli yükdaşıma xidmətləri

Əməkdaşlıq etdiyimiz logistika strukturları müxtəlif nəqliyyat növləri üzrə tam xidmət təmin edir:

  • Avtomobil yolu ilə daşımalar
  • Dəmir yolu ilə daşımalar
  • Hava yolu ilə daşımalar
  • Dəniz yolu ilə daşımalar
  • Daxili logistik daşımalar
Abşeron Logistika Mərkəzinin törəmə şirkətləri