İnfastruktur

Baş Plan

Vergi ve Gomruk Guzestleri

Logistika Imkanlari

İnfrastruktur

Sənaye zonalarında müasir və geniş infrastruktur təchizatı rezidentlərə və qeyri-rezidentlərə “birbaşa qoşulma” (“Plug & Play”) prinsipi əsasında təqdim olunur. Bu model bizneslərin əlavə vaxt və resurs sərf etmədən dərhal fəaliyyətə başlamasına şərait yaradır.

İnfrastruktur paketinə kanalizasiya xətləri, kimyəvi tullantı və yağış sularının idarəolunması sistemləri, içməli, texniki və yanğına qarşı su təchizatı şəbəkələri, təbii qaz xətləri, elektrik verilişi infrastrukturu, yarımstansiya və transformatorlar, paylayıcı məntəqələr, eləcə də avtomobil və dəmir yolu bağlantıları daxildir. Bundan əlavə, yüksək sürətli rabitəni təmin edən fiberoptik kabel şəbəkəsi də tam hazır şəkildə təqdim edilir.

Bu kompleks infrastruktur dövlət vəsaitləri hesabına qurularaq sahibkarlara əlavə sərmayə yükü yaratmadan onlara istehsal və logistika əməliyyatlarını sürətləndirmək imkanı verir. Beləliklə, iş adamları öz resurslarını birbaşa investisiya fəaliyyətinə yönəldə, layihələrini daha operativ icra edə və rəqabət qabiliyyətlərini artırmaq üçün lazım olan texniki şəraitə dərhal sahib ola bilirlər.

Bu yanaşma sənaye zonalarının həm iqtisadi aktivliyini gücləndirir, həm də bizneslərin dayanıqlı inkişafını dəstəkləyən səmərəli və etibarlı ekosistem formalaşdırır.

Texniki Təchizat

Elektrik təchizatı

Park ərazisi dayanıqlı və fasiləsiz enerji təminatı ilə təmin olunur. Yüksək tutumlu transformator məntəqələri sayəsində istehsalat müəssisələrinin enerji tələbatı tam şəkildə qarşılanır.

Təbii qaz təchizatı

İstehsalat müəssisələrinin enerji ehtiyacını qarşılayan stabil qaz infrastrukturu ilə təmin olunur.

Su təchizatı

Təmizlənmiş içməli və texniki su xəttləri mövcuddur. Su təchizatının gücü istehsal proseslərini fasiləsiz dəstəkləmək üçün optimallaşdırılıb.

Daxili yol infrastrukturu

Hər bir rezidentin ehtiyaclarını diqqətlə analiz edir, onlara fərdiləşdirilmiş və rahat həllər təqdim edirik. məqsədimiz şirkətlərin işini asanlaşdırmaq və onların inkişaf prosesinə real dəyər qatmaqdır.

Fiber-optik internet bağlantısı

Bizneslərin fasiləsiz və yüksək sürətli internetə çıxışı üçün FO-24/12 fiber-optik magistral xətti ilə təmin olunub.

Yanğın təhlükəsizliyi sistemi

Park ərazisi avtomatik yanğın siqnalizasiya və yanğınsöndürmə sistemi ilə təchiz olunub.

Təhlükəsizlik və Texniki təminat

7/24 mühafizə xidməti

Park ərazisi peşəkar təhlükəsizlik əməkdaşları tərəfindən 24/7 rejimində qorunur.

Video müşahidə sistemi

Parkın bütün perimetri və istehsalat zonaları müasir kamera sistemi ilə 24 saat nəzarətdədir.

Yanğın təhlükəsizliyi sistemi

Yanğın siqnalizasiya sistemi, söndürmə avadanlıqları və operativ müdaxilə üçün mütəxəssis komandası mövcuddur.

Ehtiyat generator sahələri

Elektrik kəsintisi zamanı kritik obyektlərin fasiləsiz işləməsi üçün nəzərdə tutulmuş generator sahələri mövcuddur.